18 Mart 2015 15:42
674
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə hazırladığı tədbirlər planına əsasən məhkumların vicdan və dini etiqad azadlığının təmin edilməsi məqsədilə cəzaçəkmə müəssisələrində dini maarifləndirmə tədbirləri davam etdirilir.

Teleqraf.com xəbər verir ki, növbəti maarifləndirici tədbir 13 mart 2015-ci il tarixdə Penitensiar xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində keçirilib. Seminarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Nahid Məmmədov, Tərbiyə İşinin Təşkili idarəsinin inspektoru ədliyyə mayoru Süleyman Salayev və Penitensiar xidmətin digər məsul əməkdaşları iştirak ediblər.

40-a yaxın məhkumun iştirak etdiyi tədbirdə vicdan və dini etiqad azadlıqlarına dair maarifləndirici söhbət aparılıb, əxlaq və fəzilət, dinin əmr və qadağaları barədə geniş məlumat verilib. Azərbaycanın tolerantlıq modeli dünya üçün nümunə olduğu, dini konfessiya nümayəndələrinə qarşılıqlı hörmət və anlayışlı inanc aşılandığı məhkumların diqqətinə çatdırılıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər