2 Aprel 2015 11:37
736
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus Respublikasının rabitə və informasiyalaşdırma naziri Sergey Popkov və Belarus Respublikasının ölkəmizdəki səfiri Nikolay Patskeviç “Azərkosmos” ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinə (ƏYPİM) səfər edib.

Teleqraf.com xəbər verir ki, səfər zamanı qonaqlara “Azərkosmos” ASC-nin fəaliyyəti, idarəçiliyində olan peyklərin istehsalı, orbitə çıxarılması və sığortalanması barədə geniş məlumat verilib.

Nazirə, həmçinin “Azerspace-1” peykinin idarəolunması, şirkətin fəaliyyətinin kommersiya aspektləri, müştəri xidmətləri və peyk üzərindən yayımlanan kanallar barədə məlumat verilib.

Binanın texniki infrastrukturu ilə tanış olan qonaqlar idarəetmə mərkəzini yüksək qiymətləndiriblər.
Görüş zamanı “Azərkosmos” və Belarusun peyk operatoru “BELİNTERSAT” arasında əməkdaşlığın perspektivləri, 2016-cı ildə orbitə qaldırılacaq “BELİNTERSAT-1” peykini idarəedəcək operatorun formalaşdırılmasında “Azərkosmos”un təcrübəsindən yararlanmaq imkanları müzakirə olunub.

Dostluq və qarşılıqlı anlaşma mühitində keçən görüşün sonunda nazirə “Azerspace-1” peykinin modeli hədiyyə olunub.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər