4 May 2015 17:37
734
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyinin (DİN) Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə Bakı şəhərinin Qaradağ, Suraxanı Rayon Polis idarələrinin, eyni zamanda, respublikanın Şabran və Qubadlı Rayon Polis şöbələrinin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə həmin rayonlarda da baş tutub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Qaradağ rayonunda 180 nəfərin etibarlılıq müddəti bitmiş şəxsiyyət vəsiqəsi dəyişdirilib, həddi-buluğa çatan 9 gəncin, 11 qoca, əlil və xəstənin sənədləri qəbul edilib. Suraxanıda isə 57 nəfərin vəsiqəsi yeniləri ilə əvəzlənib, orta ümumtəhsil məktəblərinin buraxılış siniflərinin 90 şagirdinə şəxsiyyəti təsdiqləyən sənədlər təqdim olunub.

Şabranda analoji tədbir nəticəsində 25 şəxs, ümumilikdə, ötən ay rayon üzrə 385 nəfər yeni sənədlərlə təmin edilib. Qubadlı rayonunun isə 125 sakininə yeni şəxsiyyət vəsiqələri verilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər