Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək.
Teleqraf.com xəbər verir ki, Sumqayıt, Quba, Qusar, Şabran, Siyəzən, Xaçmaz əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, bu sahədə bölgələrdə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşların qəbulu planlaşdırılır.
Vətəndaşlardan "[email protected]" elektron poçt ünvanı, 1655 saylı "Qaynar xətt", 598 38 18 nömrəli (regionlardan edilən zənglər pulsuzdur) telefon vasitəsilə əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.
İLHAMƏ