25 May 2015 11:35
699
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Moskvada “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin Moskva təmsilçiliyinin təşkilatçılığı ilə Qarabağ Seyid Ocaqlarının rəhbəri Seyid Camal Əzimbəyli ilə görüş keçirilib.

Birliyin Moskva təmsilçiliyinin rəhbəri Habil Məmmədovun Teleqraf.com-a verdiyi məlumata görə, tədbirdə Moskvada yaşayan və Azərbaycan dövlətinə bağlı inanclı insanlar iştirak edib.

Tədbirdən əvvəl Bakının Binəqədi rayonunda binada baş vermiş yanğın zamanı həlak olan insanların xatirəsi anılıb və dualar oxunub.

Tədbirdə çıxış edən C.Əzimbəyli Azərbaycan tarixində 28 may- Cümhuriyyət Günün özünəməxsus yeri olduğunu vurğulayıb. Onun sözlərinə görə, həmin cümhuriyyətin varisi olan Azərbaycan Respublikası hər sahədə inkişafı ilə Cənubi Qafqaz ölkələri içərisində lider dövlətə çevrilib: “Elə bunun nəticəsidir ki, Birinci Avropa Oyunları kimi mötəbər yarışa ev sahibliyi edir. Hesab edirəm ki, belə bir yarış ərəfəsində Moskvada yaşayan azərbaycanlılar bu tədbirin yüksək səviyyədə keçirilməsinə və təbliğ olunmasına dəstək vermələri vacib amildir”.

C.Əzimbəyli həmçinin Moskvada belə tədbirlərin keçirilməsinin Rusiyada yaşayan azərbaycanlı gənclər üçün də mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Bəxtiyar


Müəllif:

Oxşar xəbərlər