27 May 2015 08:24
718
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycana hər gəlişimdə böyük dəyişikliklərə şahid oluram. Bakının inkişaf sürətini təsəvvür etmək mümkünsüzdür.

Bu sözləri Türkiyənin Səlcuq Universitetinin rektoru, professor Hakkı Gökbel deyib.

Bakıya artıq dördüncü dəfə gəldiyini, sonuncu səfərindən on il keçdiyini bildirən türkiyəli rektor vurğulayıb ki, qardaş Azərbaycanın hər bir uğuru onun ölkəsində sevinclə qarşılanır.

Ulu öndər Heydər Əliyevin “Biz iki dövlət, bir millətik” kəlamını xatırladan H.Gökbel Bakıda özünü qonaq hesab etmədiyini söyləyib.

Rektor iki ölkənin ali məktəbləri arasında əməkdaşlığın genişləndirilməsinin, birgə layihələrin həyata keçirilməsinin vacibliyini də vurğulayıb.

H.Gökbel Azərbaycanda keçiriləcək “Bakı-2015” ilk Avropa Oyunlarının Türkiyədə də böyük maraqla izlənəcəyini qeyd edib, bu möhtəşəm tədbirin təşkilində ölkəmizə uğurlar arzulayıb.


Müəllif:

Oxşar xəbərlər