6 İyul 2015 14:50
726
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, akademik Əhliman Əmiraslanov “Bakı-2015” I Avropa Oyunlarında iştirak edən tələbə - könüllülərlə görüşüb.

Teleqraf.com-un məlumatına görə, görüşdə ATU-nun rektoru Əhliman Əmiraslanov tələbə - könüllüləri ilk Avropa Oyunlarının uğurla başa çatması münasibətilə təbrik edib: “Bu möhtərəm iş bizim ölkəyə çox qısa müddətə tapşırılsa da, layiqincə öhdəsindən gəldik. İlk Avropa Oyunlarının açılış və bağlanış mərasimləri möhtəşəm oldu. Mən də Bakı Olimpiya Stadionunda idim, sizi yaxından izləyirdim, tələbələrimizin belə fəal iştirakı məni qürurlandırırdı. Bütün Avropa mediası oyunların yüksək səviyyədə keçirilməsindən yazdı, telereportajlar hazırlandı. Hər yerdə xalqımızın necə mehriban, qonaqpərvər olduğundan danışıldı. Birinci Avropa Oyunlarına Azərbaycanın çox qısa bir müddətdə hazırlaşmasına baxmayaraq, qurur duyuram ki, nəticə həddindən artıq yüksək oldu".

Əhliman Əmiraslanov deyib ki, ATU-dan I Avropa Oyunlarında iştirak edən tələbələrin ümumi sayı min nəfərə yaxın olub. Onlardan 400 nəfəri Səhiyyə Nazirliyinin müraciətinə əsasən dekabr və yanvar aylarında ATU-nun Tədris Cərrahiyyə Klinikasında təlimlər keçiblər. Bu tələbələrin 215 nəfəri Birinci Avropa Oyunlarında həkim yardımçısı kimi iştirak ediblər.

Daha sonra çıxış edən ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Elşad Novruzov Oyunlarda iştirak edən tələbələr haqqında məlumat verib: “Məlum olduğu kimi, 8 dekabr 2012-ci il tarixində Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında 2015-ci ildə Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi barədə qərar qəbul olunub. Avropa tarixində ilk dəfə təşkil olunan bu oyunlara ev sahibliyinin məhz Azərbaycana həvalə edilməsi Beynəlxalq və Avropa Olimpiya hərəkatı tərəfindən ölkəmizdə görülən bütün işlərə, idman və bədən tərbiyəsi sahəsində əldə edilən nailiyyətlərə verilən yüksək qiymətin təzahürüdür”.

ATU-nun istehsalat təcrübəsi dekanı Şəfa Əliyev isə bildirib ki, universitetdən “Baku-2015” ilk Avropa Oyunlarına qatılan könüllülər yay istehsalat təcrübəsindən azad olunub.

Görüşün sonunda ATU-nun rektoru Əhliman Əmiraslanov ilk Avropa Oyunlarında yaxından iştirak etdikləri üçün tələbə - könüllülərə təşəkkür edib.


Müəllif:

Oxşar xəbərlər