7 İyul 2015 11:23
694
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında Azərbaycanda ilk dəfə olaraq qaraciyər xəstəsinə "Kök hüceyrə transplantasiyası" əməliyyatı həyata keçirilib.

Universitetdən Teleqraf.com-a verilən məlumata görə, Tədris Cərrahiyyə Klinikasının I Cərrahi Xəstəliklər kafedrasının müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvi, professor Nuru Bayramovun rəhbərliyi altında böyük bir heyətlə ilk dəfə olaraq qaraciyər xəstəsinə "Kök hüceyrə transplantasiyası" əməliyyatı həyata keçirilib.

Xəstənin sümük iliyindən əldə edilən mezenximal kök hüceyrələri intraarterial yolla qaraciyərə trans edilib.


Müəllif:

Oxşar xəbərlər