Bakının Səbail rayonunda vətəndaşa məxsus ümumi sahəsi 75 kv.m olan ayaqqabı mağazasının anbarında 0,5 kv.m sahədə əşyalar yanıb.
Teleqraf.com-un FHN-in saytına istinadən verdiyi məlumata görə, mağaza yanğından mühafizə olunub, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.