31 Oktyabr 2015 15:18
585
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın özəl və dövlət şirkətlərinin əməkdaşlarının iştirakı ilə noyabrın 16-da Bakıda biznes-forum keçiriləcək.

Bunu Trend-ə Azərbaycanda keçiriləcək "Iran Project" sərgisinin təşkilatçısı və "Pars Pegah Tejarat" şirkətinin direktoru Həsən Mürtəci deyib.

H.Mürtəci bildirib ki, Azərbaycan və İran arasında xeyli tarixi, mədəni, dini və iqtisadi bağlılıq var və bu, İranın Orta Asiya və Qafqaz regionunda iqtisadi və ticarət sahələrində daha aktiv iştirakına zəmin yaradır: "Noyabrın 17-19-da isə Bakıda neft, qaz, neft-kimya, su, elektrik, tikinti sənayesi sahələrində çalışan 30-a yaxın şirkətin iştirakı ilə "Iran Project” adlı biznes sərgisi keçiriləcək. Biznes-forum həmin sərgidən bir gün öncə keçiriləcək. Sərgidə İran şirkətlərinin rəhbərləri və azərbaycanlı sahibkarlar iki ölkə arasında iqtisadi-ticarər əlaqələrinin inkişafı yollarını müzakirə edəcəklər".

O, qeyd edib ki, biznes sərgisinin keçirilməsi nüvə sahəsində əldə olunan razılıqdan sonra Azərbaycan və İran arasında ticarət əlaqələrinin inkişafına əlverişli şərait yarada bilər.


Müəllif:

Oxşar xəbərlər