Prezident İlham Əliyev Ulduz Quliyevaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir ki, Azərbaycan aşıq sənətinin inkişafında xidmətlərinə görə Ulduz Əsgər qızı Quliyevaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.