10 Mart 2016 23:34
465
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhiyyə naziri Oqtay Şirəliyev martın 10-da Göygöl Mərkəzi Rayon Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, nazir Gəncə şəhəri, Göygöl, Daşkəsən və Şəmkir rayonları sakinlərinin səhiyyə sahəsinə dair suallarını cavablandırıb. Qəbulda, həmçinin 20-dən artıq vətəndaşın sağlamlıq, kadr məsələləri, minnətdarlıq və s. məsələlərlə bağlı müraciətləri dinlənilib. Qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb, onların bəziləri yerindəcə həllini tapıb.

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.


Müəllif:

Oxşar xəbərlər