15 Mart 2016 14:48
813
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bakı Metropoliteni” QSC tərəfindən “Qatarın qəbulu və yola salınması üzrə növbətçi” peşəsi vəzifəsi üçün elan edilmiş müsabiqə başa çatıb.

QSC-nin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, martın 14-dən etibarən Təlim-tədris Mərkəzində 1 aylıq ödənişsiz kurslara start verilib. Həftənin hər iş günü 4 qrupdan ibarət 2 saat müddətində keçiriləcək peşə dərsləri metropolitenin mütəxəssisləri tərəfindən tədris olunacaq . Kursu bitirən namizədlərdən sınaq imtahanlarını uğurla keçənlər Hərəkət xidmətində müvafiq peşə üzrə işlə təmin ediləcəklər.

Müsabiqədə iştirak etmək üçün 2200 müraciət daxil olub. Metropolitenin peşəkar mütəxəssislərindən ibarət kadr komissiyası ilkin seçmələrdən sonra 500 nəfəri müsabiqəyə dəvət edib. Qeyd olunan tələblərə cavab verən 500 namizəddən 82 nəfər kadr komissiya tərəfindən kurslara cəlb olunub.

Qeyd edək ki, əvvəllər bu peşə üzrə işə qəbul olunmaq üçün müraciət edənlər 3 ay sınaq müddətinə işə götürülüb. Bu müddət ərzində təlimatları mənimsəyən, müəyyən təcrübə toplayan işçilər imtahan verdikdən sonra peşə bacarıqlarının qənaətbəxş olub-olmaması bəlli olurmuş. Bu isə həm zaman itkisinə, həm də peşəkar kadr çatışmazlığına səbəb olub. Əksəriyyəti xanımlardan ibarət olan növbətçi peşəsinə, hazırda oğlanların da marağı artıb.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər