18 Mart 2016 20:06
486
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Müdafiə Nazirliyi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin Novruz və Pasxa bayramları ərəfəsində atəşkəs rejiminə ciddi şəkildə əməl edilməsi çağırışına münasibət bildirib.

Nazirlikdən Teleqraf.com-a verilən məlumatda bildirilir ki, Azərbaycan daim sülhsevər siyasət yeritməklə, qoşunların təmas xəttində gərginliyin azaldılması üçün bütün lazımi addımları atır və münaqişənin həlli istiqamətində istənilən beynəlxalq qurumlarla səmərəli əməkdaşlığın tərəfdarıdır:

“Münaqişənin həllində yeganə gözləntimiz məsələyə ədalətlə yanaşmaqla, torpaqlarımızın işğaldan azad edilərək ərazi bütövlüyümüzün təmin olunmasıdır. Cənab Kasprşikin təklifini müsbət qarşılayır, qoşunların təmas xəttində təhlükəsizlik tədbirlərini gücləndirməklə, Silahlı Qüvvələrimiz atəşkəs rejiminin pozulmaması məqsədilə lazım olan bütün tədbirləri görür və adekvat addımların atılmasını da ATƏT-in qarşı tərəfdən tələb etməsini gözləyir”.


Müəllif:

Oxşar xəbərlər