28 Mart 2016 12:07
744
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın turizm şirkətləri və turoperatorları rusiyalıların istirahət üçün Cənubi Qafqaz respublikalarına kəskin marağının artdığını qeyd edir.

Teleqraf.com-un “Kommersant”a istinadən verdiyi məlumata görə, Azərbaycan, Gürcüstan və Ermənistanda istirahət etməyi arzu edən rusiyalı turistlərin sayı ən az 50 faiz artıb.

Cənubi Qafqaz ölkələrində istirahətə marağın artması tendensiya moskvalılar kimi Rusiyanın başqa böyük şəhərlərinin sakinlərində də müşahidə olunur. “İnturist” şirkətinin satış üzrə direktoru Sergey Tolçinin sözlərinə görə, MDB ölkələrinin məşhurluğu artıb və Azərbaycanla Ermənistana tələbat üç dəfə böyüyüb.
Qeyd edək ki, Türkiyə ilə Rusiya arasında yaşanan gərginlikdən sonra belə ehtimal edilirdi ki, rusiyalı turistlərin üz tutacağı məkanlar arasında Cənubi Qafqaz ölkələri üstünlük təşkil edəcək.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər