Azərbaycanda müşahidə olunan qeyri-sabit hava şəraiti aprelin 4-ü gündüz saatlarına qədər davam edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Teleqraf.com-a verilən məlumata görə, sabah gündüz saatlarından başlayaraq ölkə ərazisində qeyri-sabit hava şəraiti mülayimləşəcək. Sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır.