14 Aprel 2016 15:20
532
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktorunun müavini Dazhu Yanqın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.


Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, K.Heydərov bildirib ki, Fövqəladə Hallar Nazirliyi (FHN) yarandığı ilk gündən AEBA ilə sıx və faydalı əməkdaşlıq edir. Nazirliyin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi, “İzotop” xüsusi kombinatının fəaliyyəti haqqında ətraflı məlumat verən nazir AEBA ilə bir sıra əhəmiyyətli layihələrin uğurla həyata keçirildiyini xüsusi vurğulayıb.

Öz növbəsində, AEBA baş direktorunun müavini Dazhu Yanq FHN ilə əməkdaşlığın yüksək səviyyəsindən məmnunluğunu ifadə edib, yeni layihələrin həyata keçirilməsi sahəsində geniş potensialın olduğunu bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, səfər zamanı AEBA-nın nümayəndə heyəti FHN-in “İzotop” xüsusi kombinatında da olmuş, Kombinatın fəaliyyəti ilə yerində tanış olub.


Müəllif:

Oxşar xəbərlər