Təhsil Nazirliyi bu il tədris ilinin mayın 31-də yekunlması ilə bağlı yayılmış xəbərə münasibət bildirib.
Teleqraf.com-un məlumatına görə, Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdiri Cəsarət Valehov bildirib ki, tədris ilinin mayın sonlarında yekunlaşması ilə bağlı yayılmış xəbərlər həqiqəti əks etdirmir.
Bu il orta məktəblərdə təhsil iyunun 14-də yekunlaşacaq.
İlhamə Əbülfət