Qubada oğurluqla məşğul olan dəstə zərərsizləşdirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 27-də şəhərdə yerləşən məscidin nəzir qutusundan, R.Tahirova məxsus ticarət mərkəzindən, M.Qonaqova və N.Mirzəyevə məxsus mağazalardan pul, məişət əşyaları, tütün məmulatı və ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən şəhər sakinləri - İlham Muradov, Nəsir Rzayev, Nicat Muradov, Murad Əşrəfov, Abdulla Abdullayev və Sumqayıt şəhər sakini Murad Allahverdiyev tutulublar.
Bəkir