Bakını Xətai rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsi ilə bağlı təqsirləndirilən Nüsrət Muxtarov Bakı İstintaq Təcridxanasında vəfat edib.
Teleqraf.com xəbər verir ki, Nüsrət Muxtarov ürək tutmasından dünyasını dəyişib.
Bakı Ağır Cinayətlər Məgkəməsində Fərid Sadıqov, Zaur Əşrəfov və Nüsrət Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi keçirilir. Növbəti məhkəmə prossai iyulun 19-na təyin olunb.
Hadisə ötən il aprelin 10-da Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsindəki 16 saylı binada baş verib. Həmin ünvanda “TNH” şirkəti tərəfindən fasadında poliuretan materialla üzləmə işi aparılan doqquzmərtəbəli yaşayış binasında yanğın qeydə alınıb.
Hacı Zeynalov