Bakının Nərimanov rayonu ərazisində yerləşən “Çanaqqala” restoranında dava olub.
Teleqraf.com xəbər verir ki, yeyib-içəndən sonra 128 manatlıq hesabı ödəməkdən boyun qaçıran və restoran rəhbərliyi ilə mübahisə edən Bakı şəhər sakinləri - 1976-cı il təvəllüdlü Fuad Şahverdiyev və 1969-cu il təvəllüdlü Elçin İsmayılov həmin ərazidə xidmət aparan Nərimanov rayon mühafizə idarəsinin əməkdaşları tərəfindən saxlanılıblar.
Hər iki şəxs Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsinə təhvil verilib.
Polis bölməsində aparılan araşdırma zamanı Fuad Şahverdiyevin Binəqədi rayonun M.Cəlal küçəsində yerləşən “Sonalar sonası” şadlıq sarayında 3 nəfərə məxsus 3 ədəd “İPHONE 6”, “HTS” və “Samsunq” markalı mobil telefonları oğurladığı müəyyən edilib.
Faktla bağlı sonrakı araşdırmalar aparılması üçün Fuad Şahverdiyev maddi sübut olan mobil telefonlarla birlikdə ərazi üzrə Binəqədi rayon Polis İdarəsinin 7-ci polis bölməsinin əməkdaşlarına təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov