Hacıqabulda yanğın hadisəsi qeydə alınıb.
Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Abduladad kəndində vətəndaşa məxsus ümumi sahəsi 400 m2 olan 4 otaq və aynabənddən ibarət evdə baş verib.
Nəticədə evin qamışdan ibarət tavanı 90 m2 sahədə, otaqların pəncərə çərçivələri və qapılar 12 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.