Bakının Nizami rayonumda intihar hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə Şirin Mirzəyev küçəsində qeydə alınıb.
Bakı şəhər sakini, 64 yaşlı Alik Ömərov özünü yaşadığı mənzilin hamam otağında asaraq ölüb. Alik Ömərovun ruhi xəstə olduğu bildirilir.
Faktla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov