Gəncədə avtomobil piyadanı vurub.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin şərq çıxacağında qeydə alınıb. Naməlum avtomobil 1977-ci il təvəllüdlü Səməndər Bayramovu vuraraq hadisə yerindən qaçıb. Yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.