Astara Gömrük İdarəsinin əməkdaşları İran İslam Respublikasından Azərbaycana gələn İran vətəndaşının yük avtomobilinə baxış keçiriblər.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, stasionar rentgen avadanlığı ilə aparılan baxış zamanı həmin nəqliyyat vasitəsinin dartıcı hissəsində - kabinədə 9 min 200 ədəd "Kent" markalı siqaret aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.