Bakının Xətai rayonunda meyvə-tərəvəz mağazasından oğurluq edilib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun M.Hadi küçəsi, ev 159 ünvanında qeydə alınıb.
Həmin ünvanda meyvə-tərəvəz mağazasından Abşeron rayon sakini, 1988-cı il təvəllüdlü Emil Məlikəliyev oğurluq edilib. Əvvəllər məhkum olunan Emil Məlikəliyev 34-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Emil Məlikəliyevin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun daha bir neçə oğurluq cinayəti törətməsi müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov