21 Sentyabr 2016 17:20
992
12 Punto 14 Punto 16 Punto 18 Punto

Günün ikinci yarısında ötən il noyabrın 26-da Nardaran hadisələrində təqsirləndirilərək həbs olunan Müsəlman Birliyi təşkilatının rəhbəri Taleh Bağırov və birliyin 16 əməkdaşı, həmçinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı barəsində cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə Daxili Işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyatçısı Kamil Məmmədov tərəflərin sulları cavablandırıb.

O qeyd edib ki, Aqil Ismayılovun həbs edilməsi üçün əməliyyatda iştirak edib. Həbs olunan zaman Aqil İsmayılovdan silah tapılıb.

Məhkəmə prosesi sentyabrın 22-də davam edəcək.

***

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il noyabrın 26-da Nardaran hadisələrində təqsirləndirilərək həbs olunan Müsəlman Birliyi Təşkilatının rəhbəri Taleh Bağırov və birliyin 16 əməkdaşı, həmçinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlının məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrlik etdiyi prosesdə Daxili Işlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarııqla Mübarizə İdarəsinin əməkdaşı ibrahim Kazımov ifadə verib.

O bildirib ki, Nardaranda əməliyyatdan qabaq idarədə müşavirə keçirilib: "Nardarada əməliyyat zamanı Rasim Cəbrayılovu zərərsizləşdirdik. Rasim içəridən bizə atəş açırdı. Ondan tapança götürdük".

Bu zaman Abbas Hüseynov şahidi təhqir edib. Hakim təqsirləndirilən şəxsə xəbərdarlıq edib və bununla bağlı protokola qeydlər edilməsini istəyib.

Digər şahid Kamil Məmmədov ifadəsində bildirib ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşıdır: "Nardaranda keçirilən əməliyyat zamanı Aqil Ismayılovu zərərsizləşdirdik. Ondan qumbara aşkarladıq".

Şahid bildirib ki, Taleh Bağırovun tətəfdarları onlara ardıcıl atəş açıb, atəş dayanandan sonra əməliyyatı keçiriblər.

Bu zaman təqsirləndirilən Abbas Hüseynov səs-küy salıb. Hakim onun zaldan çıxarılması və məhkəmini təqsirləndirilənin iştirakı olmadan keçirilməsi barədə qərar qəbul edib.

Proses günün ikinci yarısında davam edəcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər