22 Sentyabr 2016 11:39
611
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Fəxrəddin Rzayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxışı oktabrın 3-nə təyin edilib.

Fəxrəddin Rzayev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur. O, əvvəllər Yasamal rayon Məhkəməsinin hakimi olub. Vaxtından əvvəl hakimlik fəaliyyətinə xilatm verilən Fəxrəddin Rzayev Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmənin icra şöbəsinin rəisi işləyib. Həmin məhkəmə ləğv ediləndən sonra isə Fəxrəddin Rzayev işsız qalıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər