24 Sentyabr 2016 12:22
760
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi Qazax şəhərində baş vermiş qətl hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, sentyabrın 23-də Qazax şəhərində naməlum şəxs münaqişə zəminində rayon sakini Taleh Abdullayevə bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib. T.Abdullayev xəstəxanaya aparılarkən yolda ölüb.

Qazax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ağstafa rayon sakini Aqşin Mustafayev tutulub.


Müəllif:

Oxşar xəbərlər