Gədəbəy sakini, 1970-ci il təvəllüdlü İsmayılov Nəriman Yusif oglu ağacdan yıxılaraq ağır xəsarət alıb.
Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından "Report"un Qərb bürosuna verilən məlumata görə, o, kəllə beyin travması və qabırğaların sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Dərhal əməliyyat olunan yaralının vəziyyəti ağırdır. Bu səbəbdən Nəriman İsmayılov Bakıdakı xəstəxanalardan birinə göndəriləcək.
Yaxınlarının dediyinə görə, o, inəyi üçün yarpaq yığarkən ağacdan yıxılıb.
Faktla bağlı araşdırma aparılır.