Bakı Ağır Cinayətlər Məhkəməsində Rusiyada hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Elşən Həsənovun cəzasının Azərbaycan qanunvericiliyinə əsasən tənzimlənməsi barədə Ədliyyə Nazirliyini təqdimatı üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Rasim Sadıqovun sədrlik etdiyi prosesdə Elşən Həsənovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Prosesdə əvvəlcə anket məlumatları dəqiqləşdirilib, sonra isə Rusiyada çıxarılan hökmlə tanışlıq olub.
Məlum olub ki, hədə-qorxu yolu ilə pul tələb etmədə təqsirli bilinən Elşən Həsənovun əməli Azərbaycan Cinayət Məcəlləsoəonin 182-ci maddəsi ilə tənzimlənəcək və bundan sonra cəzasını həbsxanada çəkəcək.
Məhkəmə oktyabrın 18-nə təyin olunub.
Elşən Həsənov Rusiya Federasiyasının Cinayət Məcəlləsi ilə hədə-qorxu ilə tələb etmə maddəsi ilə ittiham olunub və 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Daha sonra Azərbaycana təhvil verilib.
Hacı Zeynalov