Rusiyanın Omsk bölgəsində ana və 3 uşağını avtomobil ilə vurub qaçan şəxs polisə təslim olub.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisəni törədən 53 yaşlı Ələddin İsrail oğlu Qorçuyev olub.
O polis bölməsində dindirilib.
Qeyd edək ki, dünən axşam saatlarında "Nissan-Tida" qadın və 3 uşağını vurub. Sürücü avtomobili hadisə yerində qoyaraq qaçıb. Hadisə nəticəsində azyaşlılArdan biri dünyasını dəyişib.
Samir