Bakıda içərisində 53 min manat pul və 10 min manatlıq qızıl olan seyf oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi, Yasamal Rayon Polis İdarəsi və Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 30-da Bakı şəhər sakini Muğbil Abıyevə məxsus evdən içərisində 53 min manat pul və 10 min manat dəyərində qızıl əşyalar olan seyfi oğurlamaqda şübhəli bilinən Masallı rayon sakinləri Adıgözəl Mirzəyev tutulub, digər şəxs isə müəyyən edilib.