31 Oktyabr 2016 16:46
757
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İraq Şam İslam Dövlətinin (İŞİD) tərkibində döyüşməkdə təqsirləndirilən Elbrus Əzizov, Namiq Quliyev, Rasim Bədəlov, İlahi Əzizov, Babək Şirinov, Elman Mirzəbəyov və Əfqan Şamxalovun cinayət işi üzrə məhkəməsi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Rauf Əliyevin sədrlik etdiyi prosesdə Elman Mirzəbəyovun vəkili çıxış edib.

Vəkil bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxs heç bir qruplaşmanın tərkibində iştirak etməyib. Müdafiə etdiyi şəxsə verilən ittiham düzgün deyil.

Vəkil müdafiə etdiyi şəxsə bəraət hökmü istəyib.

Proses noyabrın 7-də davam edəcək.

Bundan əvvəl keçirilən prosesdə prokuror Elbrus Əzizov, İlahi Əzizov və Babək Şirinovun 15 il, Rasim Bədəlov və Namiq Bədəlovun 13 il, Elman Mirzəbəyovun 8 il, Əfqan Şamxalovun isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Təqsirləndirilən şəxslər ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş anti-terror tədbirləri nəticəsində həbs ediliblər. Müəyyən edilib ki, Elbrus Əzizov, Namiq Quliyev, Rasim Bədəlov, İlahi Əzizov, Babək Şirinov, Elman Mirzəbəyov və Əfqan Şamxalov 2013-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən İŞİD, “Cəbhətül-Nusra” və “Cundu Şam” terrorçu təşkilatlarının fəaliyyətində iştirak ediblər.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər