17 Noyabr 2016 10:19
601
12 Punto 14 Punto 16 Punto 18 Punto

Goranboy rayonunda quldurluq hadisəsi törədən şəxslər həbs edilib.

Teleqraf.com xəbər verir ki, keçirilən əməliyyat zamanı Bakı şəhər sakinləri - 1995-ci il təvəllüdlü Sadiq Bağırov, 1996-cı il təvəllüdlü İlqar Xeyrişli və 1994-cü il təvəllüdlü Rauf Abbasov tutulublar.

Dəstə üzvləri bu il noyabrın 3-də Goranboy rayonunun Azad kənd sakini Rəhman Qəhrəmanovun evinə basqın ediblər, ev sahibini ölümcül döyüblər, mənzildən 1600 manat və 3300 manat dəyərində qızıl-zinət əşyaları aparıblar.

İstintaqa ifadə verən saxlanılan şəxslər bildiriblər ki, ev sahibinin evdə olmadığını düşünüb evə giriblər. Amma onları ilk qarşılayan ev sahibi olub. Buna görə ev sahibini döyərək bədən xəsarəti yetiriblər.


Vüqar Xeyrişli, Rauf Abbasov və Sadiq Bağırovun barəsində məhkəmənin qərarı ilə həbsqətimkan tədbiri seçilib.İstintaq zamanı müəyyən edilib ki, Bakıda bir araya gələn qrup üzvlərinə Rəhman Qəhrəmanovun evində 10 min manat da oğurlayıblar.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər