1 Yanvar 2017 21:13
503
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq cinayət axtarış polisi (İnterpol) Türkiyənin İstanbul şəhərində baş vermiş terror aktını pisləyən bəyanat yayıb. Teleqraf.com xəbər verir ki, İnterpol bu ölkənin hökumətinə faciənin araşdırılmasında dəstəyini təklif edib.

Qeyd edək ki, Yeni il gecəsi Türkiyənin İstanbul şəhərinin Ortaköy rayonundakı gecə klublarından birinə silahlı hücum olub. Terror aktı nəticəsində 39 nəfər ölüb. Onların 16-sı xarici ölkə vətəndaşıdır.
Yerli vaxtla 01.15-də edilən silahlı hücum nəticəsində 69 nəfər yaralanıb.


Müəllif:

Oxşar xəbərlər