3 Yanvar 2017 21:10
519
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Ərəb Əmirliyi öz vətəndaşlarına ciddi zərurət olmadığı təqdirdə Türkiyəyə səfər etməmək çağırışı edib.

Teleqraf.com xəbər verir ki, bu barədə ərəb ölkəsinin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi məlumat yayıb.

Yanvarın 1-nə keçən gecə İstanbulda törədilən terror aktı nəticəsində 39 nəfər qətlə yetirilib. Ölənlər arasında bir Azərbaycan əsilli Rusiya vətəndaşı da olub.


Müəllif:

Oxşar xəbərlər