23 Yanvar 2017 15:22
1 923
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoyan mütəşəkkil dəstənin başçısı həbs edilib.

Teleqraf.com xəbər verir ki, İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Samirə Xudaverdiyeva yaxalanıb.

Samirə Xudaverdiyeva bir qrup şəxslə cinayət əlaqəsinə girərək Azərbaycan vətəndaşları olan qadınları Türkiyə Respublikasının Mersin şəhərinə aparıb. Mütəşəkkil dəstənin üzvləri apardıqları qadınları Mersin şəhərində otel və kirayə tutulan evlərdə kişi müştərilərlə görüşdürüblər.

Samirə Xudaverdiyevanın mütəşəkkil dəstənin başçısı olduğu bildirilir. Faktla bağlı araşdırma davam etdirilir.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər