2 Fevral 2017 10:42
420
12 Punto 14 Punto 16 Punto 18 Punto

Balakən rayonunda avtomobillərdən oğurluq edən dəstə zərərsizləşdirilib.

Teleqraf.com xəbər verir ki, Balakən rayon polis şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri Elçin Musayev, Mirvan Qurbanov və Rəsul İsmayılov tutulublar.

Dəstə üzvləri bu ilin yanvarın 19-da 4 avtomobildən təkər, akkumlyator və maqnitofon oğurlamaqda şübhəli biliniblər. Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: