3 Fevral 2017 01:10
504
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda evlərdən birindən oğurluq edilib. Teleqraf.com xəbər verir ki, hadisə Hökməli qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Xəyyam Rüstəmov Abşeron rayon Polis İdarəsinə müraciət edib. O, yanvarın 26-dan 31-dək olan müddətdə evindən 12.000 manat pulun oğurlanmasını bildirib.

Araşdırmalar zamanı qeyd edilən pulun onun 15 yaşlı oğlu tərəfindən götürülərək xərclənməsi müəyyən edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər