Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Şəhər Prokurorluğunun dələduzluqda təqsirləndirilən sabiq əməkdaşı Samir Nəsirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Samir Nəsirov barəsində 2 il sınaq müddəti təyin edilməklə şərti cəza seçilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
Samir Nəsirov zərərçəkmiş şəxsərə ümumilikdə 150 min manatdan çox dələduzluqda təqsirləndirilir.
Xatırladaq ki, bir müddət öncə xidməti və icra intizamını, eləcə də Baş Prokurorluq üzrə müvafiq əmrlərin tələblərini kobud şəkildə pozduğuna görə Bakı şəhər Prokurorluğunun idarə prokuroru Samir Nəsirov prokurorluq orqanlarından xaric edilməklə xidməti araşdırma materialları üzrə cinayət işi başlanıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hacı Zeynalov