11 Fevral 2017 15:38
545
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətəndaşlardan qanunsuz saxlanılan odlu silahların yığışdırılması ilə bağlı təbdirlər görülür.

Teleqraf.com xəbər verir ki, Sabunçu rayonunun Nardaran qəsəbə sakini Əlisahib Əsədov müvafiq sənədləri olmayan “İJ-54” markalı ov tüfəngini könüllü olaraq 42-ci polis bölməsinə təhvil verib.

Bundan başqa, Cəlilabad rayonunun Üçtəpə kənd sakini Fərman Novruzov müvafiq sənədləri olmayan “TOZ-17” markalı ov tüfəngini polisə gətirib. Cəlilabad rayonunun Günəşli kənd sakini Mirzəşirin Mirzəyev sənədləri olmayan “TOZ-17” markalı tüfəngini polis əməkdaşlarına təhvil verib.

Sabirabad rayonunun Qaragüney kənd sakini Elvin Məmmədov müvafiq sənədləri olmayan ov tüfəngini, Naxçıvan sakini Rövşən Abbasov nömrələri silinmiş “Vinçester” markalı ov tüfəngini, 2 ədəd qaz tapançasını, qumbara alışdırıcısını və 231 ədəd müxtəlif çaplı patronu könüllü olaraq polisə təhvil veriblər.

Daxili İşlər Nazirliyi bildirir ki, vətəndaşlara qanunsuz və sənədi olmayan silahların hüquq-mühafizə orqanlarına təhvil vermələri məsləhət görülür.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər