11 Fevral 2017 23:59
477
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Suraxanı rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Oğuz Babayev həbs edilib. Ondan 4 kiloqram 585 qram marixuana götürülüb.

Oğuz Babayevin əvvəllərdə məhkum olunduğu bildirilir.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: