20 Fevral 2017 09:39
465
12 Punto 14 Punto 16 Punto 18 Punto

Goranboy rayonunda bıçaqlanma hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Baxçakürd kəndində qeydə alınıb.

Kənd sakini 1997-ci il təvəllüdlü Ruslan Həsənov naməlum şəraitdə bıçaqlanıb. O, bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib.

Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: