Bakının Xətai rayonunda mağazadan oğurluğa cəhd edilib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonunun M.Hadi küçəsində yerləşən mağazalardan birindən qeydə alınıb.
Vüsal Ələkbərova məxsus “Elay Telekom” mağazasından oğurluğa cəhd edilməsi ilə bağlı Xətai rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub. Hadisə yerinə gələn mühafizə polisinin əməkdaşları tərəfindən oradan oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Ramin Məhərrəmov saxlanılıb.
O, 36-cı polis bölməsinə təhvil verilib.
Hacı Zeynalov