28 Mart 2017 12:38
1 108
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadının qətlini sifariş verən Tural Hüseynov və cinayətin icraçısı Vüqar Kərimovun məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrlik etdiyi prosesdə prokuror çıxış edib. O, təqsirləndirilən şəxslərin törətdikləri əməlin tam sübuta yetirildiyini deyib.

Prokuror Tural Hüseynovun və Vüqar Kərimovun hər birinin 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Zərərçəkmiş Nuranə Hüseynovanın vəkili Səlahəddin Cəfərov hər iki şəxsin qanunda nəzərdə tutulmuş qaydada daha ağır cəza verilməsini istəyib: "Bu, zərərçəkmiş şəxsin də mövqeyidir. Onun vəziyyəti göz qabağındasır. Bunun nəzərə alınmasını xahiş edirik".

Proses aprelin 4-də davam edəcək.

İttihama görə, dəhşətli hadisə Pirallahı rayonunda baş verib. Gənc qadının – iki uşaq anasının üzünə "kislota" atıblar. Cinayətin nəticələri çox ağırdır, qadın kor olub.

Pallahı rayon Polis İdarəsinin əməkdaşları qadının keçmiş həyat yoldaşı, cinayətin sifarişçisi, 1987-ci il təvəllüdlü Tural Hüseynovu və icraçı, 1981-ci il təvəllüdlü Vüqar Kərimovu saxlayıblar.

İstintaq zamanı müəyyən edilib ki, Vüqar Nuranəyə evinin yanında pilləkənlərlə düşərkən hücum edib. Tural dindirmədə deyib ki, həmin gün arvadını evdən bəhanə ilə çıxarıb. O, arvadına zəng edib və deyib ki, tanışının yanında pul qoyub, gedib pulu götürmək lazımdır.

Qadın keçmiş ərinə inanıb, amma pilləkənlərdən düşməyi çatdırmamış Vüqar Kərimov ona hücum edib.

Tural sifarişin yerinə yetirilməsi üçün Vüqara pul vəd edib, amma ödəməyi çatdırmayıb.

Tural Hüseynov və Vüqar Kərimov Cinayət Məcəlləsinin 126.2.3-(xüsusi amansızlıqla və əzab verərk sağlamlığa bilərəkdən xəsarət yetirmək) maddəsi ilə ittiham edilir.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər