Bakının Yasamal rayonunda aptekə basqın olub.
Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki apteklərdən birinə girən naməlum şəxs satıcını bıçaqla hədələyib.
O, aptekdən 600 manat və 150 manat dəyərində dərman preparatları aparıb.
Hadisə ilə bağlı Yasamal rayon Polis İdarəsinin 29-cu polis bölməsinə müraciət edilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Elnur Hüseynov tutulub.
Hacı Zeynalov