Teleqraf.com xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə Fuad Əhmədlinin vəkili Əsabəli Mustafayev cinayət işinə xitam verilməsi, həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət verib.
Vəsatətə münasibət bildirən Fuad Əhmədli həbsinin sifarişli olduğunu deyib. Dövlət ittihamçısı vəsatətlərin təmin edilməməsini, cinayət işinin məhkəmə baxışna verilməsini istəyib.
Hakimlər müdadiə tərəfinin vəsatətlərini təmin etməyib.
Məhkəmə baxışı mayın 2-ə təyin edilib.
Fuad Əhmədli 2016-cı il avqustun 18-də saxlanılıb. Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluq bildirib ki, Fuad Əhmədli Azərfon MMC-də çalışdığı müddətdə abonentlərin şəxsi məlumatlarını üçüncü şəxsə ötürüb. Həmçinin bildirilib ki, Fuad Əhmədlinin mənzilində axtarış zamanı türkiyəli din xadimi Fətullah Gülənin çıxışlarının olduğu kitablar, CD-disklər tapılıb.
Fuad Əhmədli Cinayət Məcəlləsinin 302 (əməliyyat-axtarış fəaliyyəti üzrə qanunvericiliyi pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham edilir.
Hacı Zeynalov