26 Aprel 2017 16:51
1 558
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Qaradağ rayon Məhkəməsində sabiq səhiyyə naziri Əli İnsanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

16:33

Teleqraf.com xəbər verir ki, hakim Rəşad Mustafayevin sədrliyi ilə keçirilən prosesdə prokuror Əli İnsanova cəza istəyib.

O, sabiq nazirin 8 il 9 gün müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Hazırda proses davam edir.

Xatırladaq ki, sabiq səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhddə şübhəli bilinərək həbs olunub. Sonradan o, iqtisadi cinayətlərdə ittiham olunaraq 11 il müddətinə azadlıqdan məhrum edilib. Həbs müddətinin başa çatmasına iki ay qalmış – 2016-cı ilin avqustunda onun barəsində yenidən cinayət işi başlanıb. Bu dəfə keçmiş nazir cəzaçəkmə müəssisəsinin əməkdaşını döyməkdə, otağında psixotrop tərkibli dərman saxlamaqda təqsirləndirilir. Əli İnsanov ittihamı qəbul etmir.

***

Müşavirədən qayıdan hakim hökmü elan edib. Əli İnsanov 7 il 5 gün müddətinə azadlıqdan məhrum edilib.


Müəllif:

Oxşar xəbərlər