Teleqraf.com xəbər verir ki, Balaca Həmyə kənd sakini Famil Ağayev evindən oğurluq edilməsi ilə bağlı Siyəzən rayon polis şöbəsinə müraciət edib. Bildirib ki, evindən 1 ədəd qızıl boyunbağı, 1 ədəd qızıl nişan üzüyü və 55 manat pul oğurlanıb.
Aparılan əməliyyat-axtarış tədbirləri zamanı oğurluğun həmin kəndin sakini, 1998-ci il təvəllüdlü Qəribağa Zeynalov tərəfindən törədildiyi üzə çıxıb. O, həbs edilib.
Hacı Zeynalov